Türkiyə aviaşirkətləri Yaxın Şərqin dörd ölkəsinə uçuşları dayandırıb
Ankara, 14 aprel, AZƏRTAC
“Turkish Airlines” və “Pegasus” aviaşirkətləri İran, İraq, İordaniya və Livana uçuşların dayandırılması barədə qərar qəbul ediblər.
AZƏRTAC xəbər verir ki, qərar İranın İsrailə hücumu ilə bağlı Yaxın Şərqdə yaranan, eyni zamanda, ayrı-ayrı dövlətlərdə hava məkanının bağlanması ilə nəticələnən yeni gərginlik dalğası fonunda verilib.
Türkiyə aviaşirkətləri rəhbərlərinin məlumatına görə, dörd ölkəyə reyslər azı sutka ərzində həyata keçirilməyəcək. Adıçəkilən ölkələr istiqamətində uçan təyyarələr qərar qəbul edildiyi məqamda Türkiyənin İstanbul, Diyarbəkir, Elazığ və digər şəhərlərinə yönəldilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]