Türkiyə-İran sərhədində yeddi insan cəsədi tapılıb
İstanbul, 14 mart, AZƏRTAC
Türkiyə-İran sərhədində, Van şəhərinin Çaldıran rayonunda yeddi insan cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, Əfqanıstan, Pakistan və Suriya vətəndaşları olan bu şəxslərin qanunsuz yollarla sərhədi keçdikdən sonra donaraq öldükləri ehtimal edilir.
Cəsədlər Van şəhərinin Məhkəmə Tibbi Ekspertiza şöbəsinə göndərilib.
Qeyd edək ki, bu ilin fevral ayında Çaldıran rayonunun aidiyyəti qurumlarına İran sərhədini qanunsuz yollarla keçən 13 nəfərin qar uçqunu altında qalması ilə bağlı məlumat daxil olub. Lakin bölgədəki əlverişsiz hava şəraiti səbəbindən bu faktın doğruluğunu müəyyən etmək mümkün olmayıb. Tapılan cəsədlərin sözügedən 13 nəfərdən yeddisinə aid olduğu ehtimal edilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]