Türkiyə Milli Müdafiə Nazirliyi: Qəhrəman şəhidlərimizi minnətdarlıqla və ehtiramla anırıq
İstanbul, 27 sentyabr, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar rəsmi tviter hesabında paylaşım edib.
AZƏRTAC paylaşımı təqdim edir: “Qəhrəman Azərbaycan Ordusunun iki il əvvəl Qarabağda işğal altındakı torpaqlarını azad etmək üçün başladığı və 44 gündə Zəfərlə nəticələnən mübarizəsinin ildönümündə qəhrəman şəhidlərimizi rəhmət, minnətdarlıq və ehtiramla anırıq”.
Paylaşım “Bir millət, iki dövlət!” (İkiDevletTekMillet) həştəqi ilə edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul