Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir
Ankara, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü geniş şəkildə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, 106 il əvvəl - 23 aprel 1920-ci il tarixində Böyük Millət Məclisinin (parlament) ilk iclası keçirilib və bu, suverenliyin möhkəmləndirilməsi, Türkiyə Cümhuriyyətinin qurulmasında mühüm addım olub.
Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürk daha sonra bu günü uşaqlara həsr edərək vurğulayıb ki, gənc nəslin vətəndaşları ölkənin ideallarını və dəyərlərini qorumaq məsuliyyətini daşıyırlar.
Parlament və hökumət üzvləri, eləcə də Türkiyənin hər yerindən on minlərlə uşaq bu gün Ankarada Atatürkün məqbərəsini ziyarət edəcək, böyük dövlət xadiminin xatirəsini ehtiramla anacaqlar. Türkiyə və Şimali Kipr Türk Respublikasında festivallar və yürüşlər də daxil olmaqla çoxsaylı tədbirin keçirilməsi də planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]