Türkiyə millisinin hücumçusu Avropa çempionatının əsas ulduzu olmağa namizəddir
Bakı, 13 fevral, AZƏRTAC
Bu il Almaniyada keçiriləcək Avropa çempionatında ulduz olmağa namizəd 20 yaşadək futbolçuların adları açıqlanıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, siyahıda Türkiyə millisinin və İtaliya “Yuventus”unun hücumçusu Kənan Yıldız da var. Bu mövsüm Turin klubunun heyətində 23 matçda 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan gənc oyunçudan gözləntilər böyükdür.
Siyahıda İspaniyanın “Real Madrid” klubundan Cud Bellingem, “Barselona”dan Lamin Yamal, “Atletiko”dan (Madrid) Artur Vermeren və Fransa PSJ-sindən Vorren Zair-Emri kimi oyunçular da yer alıblar.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]