Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ MÜŞAHİDƏÇİLƏRİ TƏRƏFSİZ MÖVQE TUTARAQ MÜXALİFƏTİN İDDİALARINA YOX, DEMOKRATİYAYA SÖYKƏNƏN ƏSİL HƏQİQƏTİ SÖYLƏYİRLƏR

Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə əlaqədar noyabrın 7-də “Space” televiziya kanalında efirə getmiş xüsusi buraxılışda Türkiyədən gəlmiş bir qrup müşahidəçi öz mövqeyini açıqlamışdır. AZƏRTAC həmin verilişdə səslənən fikirləri oxuculara təqdim edir.

Aparıcı GÜRAY DEGERLİ dedi ki, ATƏT-in Azərbaycanda keçirilmiş seçkilərlə bağlı şübhə doğuran açıqlaması əsil gerçəyi göstərmir. Ona görə də biz qardaş Azərbaycanda seçki prosesinin gedişi və bir sıra məsələlər ətrafında həqiqətə uyğun fikirlərimizi açıqlamağa çalışacağıq.

Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin Avropa Birliyi və İnsan Haqları Platformasının sədri xanım MÜJGAN SUVER fikrini açıqlayaraq dedi ki, biz iki gün ərzində məntəqələrdə səsvermənin gedişi, qutuların açılması və səslərin sayılması zamanı gördüyümüz məsələlərdən kifayət qədər danışmışıq. Həqiqətən də, heç bir saxtkarlığa və qanun pozuntusuna rast gəlmədik. Mən Azərbaycanda demokratik seçkiləri yaxından izləmişəm. Bizim Vəqfimiz BMT-nin müxtəlif proqramlarında yaxından iştirak edir. Demokratiya və insan haqlarının qorunması bizim əsas məqsədimizdir. Biz Azərbaycana bu düşüncələrlə gəlmişik. İki gündür bizim ünvanımıza bəzi ittihamlar söyləyirlər. Məsələn, bizim bir qəzetçi həmkarımız müxalifət rəhbərləri ilə görüşüb veriliş hazırlamaq istəmişdir. Ancaq ona hücum edib demişlər ki, Türkiyədən gələn müşahidəçilər yanlış davranmışlar. Yəni müxalifətin demokratiya anlayışı budurmu? Müxalifətin Azərbaycanda bəyənmədiyi demokratiyanı dəyişdirmək üçün irəli sürdüyü və xalqa anlatmaq istədiyi demokratiya budurmu? Onlar adi bir mətbuat işçisinə qarşı çox pis davranmışlar. Biz deyirik ki, qutuların açılmasında heç bir qanunsuzluq görmədik. Mən təkrar-təkrar deyirəm ki, bir çox bölgələrdəki məntəqələrdə olarkən əsil demokratiyanı gördük. Biz tərəfsiz mövqe tutaraq, həqiqəti deməliyik. Demokratiya faktlara söykənir, iddialarla heç nə etmək olmaz. Hər şeyi isbat etmək lazımdır.

Cümhuriyyət Xalq Partiyasının Mərsindən olan millət vəkili ŞEFİK ZƏNGİN Zaqatalada müşahidələr apardığını bildirərək dedi ki, burada seçkilər çox gözəl təşkil olunmuşdu, heç bir qüsur qeydə alınmamışdır. Hətta mən onlardan soruşdum ki, məntəqədə Heydər Əliyevin şəkli niyə yoxdur? Onlar dedilər ki, seçkiyə kölgə salmamaq üçün seçki prosesi başa çatana qədər götürülmüşdür. Yəni seçkilər heç bir təzyiq olmadan keçmişdir.

Orada insanların yüksək mədəniyyətə və qonaqpərvərliyə malik olduğunu vurğulayan millət vəkili dedi ki, bunu tam səmimiyyətlə deyirəm, soyuq olsa da, insanlar səs vermək üçün məntəqələrə gedirdilər. Seçicilər beş ildən bir ələ keçən imkanı yaxşı dəyərləndirərək, hüquqlarından istifadə edərək, istədiyi namizədə səs verirdilər. Bu, demokratiya əlamətidir və bunu Azərbaycanda görməyimdən çox məmnun oldum. Demokratiyanın beşiyi adlandırılan Avropa Birliyi ölkələrində olduğu kimi Azərbaycanda da hər şey açıq, şəffaf, demokratik şəraitdə baş verdi və seçkinin ədalətli keçməsi üçün bütün imkanlardan istifadə edildi.

Ədalət və İnkişaf Partiyasından Ankara millət vəkili TƏLƏT QARAPINAR vurğuladı ki, doğrudan da biz belə bir gözəl mənzərəni heç Türkiyədə də görmədik. Gəncə bölgəsindəki məntəqələrdə olduq, insanlarla görüşüb söhbət etdik, onların seçki ilə bağlı mövqelərini öyrəndik. Hər şeyin normal və seçkilərin gözəl getdiyini bildirdilər. Biz bunları deyirik. Ancaq bizə qarşı bəzi hədələr eşidirik ki, guya Türkiyədən gələn müşahudəçilər iqtidarın tərəfini saxlayır. Türkiyə Böyük Mİllət Məclisinin deputatları kimi, bizi heç kəs öz tərəfinə çəkə bilməz. Biz buraya həqiqəti görməyə, demokratiya üçün gəldik.

Biz həmçinin ATƏT-in müşahidəçilərinin düzgün olmayan açıqlamalarını və bəyanatlarını da qəbul etmirik.

Ədalət və İnkişaf Partiyasından Konya millət vəkili ORXAN ƏRDƏM də fikrini açıqlayaraq dedi ki, mən Türkiyədə mətbuatı izləyərək, Azərbaycanda seçkilər yaxınlaşdıqca bu mövzuda yazıları oxuyanda şübhələrim yaranırdı. Düşünürdüm ki, görəsən, qardaşlarımız səhvmi edəcəklər, 14 illik müstəqillik mübarizəsinə şübhə doğuracaq işlərmi görəcəklər və dünyadakı imiclərinə ziyanmı vuracaqlar? Bu bölgənin bir çox ölkələrində yaşanan sıxıntıları da gördüyümüz üçün qardaş, bir millətin iki dövlətindən biri olan Azərbaycanda gördüklərim, doğrudan da, məni sevindirdi. Baş çəkdiyimiz yerlərdə şəffaflıq görünürdü. Təəssüf ki, hələ biz bunu Türkiyədə edə bilməmişik. Barmaqların boyanması yüksək texnologiya və nəzarətlə həyata keçirildi. Demokratik, ədalətli bir seçkinin keçirildiyini gördüm. Bu, Azərbaycan xalqına, qardaşlarımıza fayda verəcəkdir. Dünyada demokratiyanın inkişafına, türkdilli ölkələrin dünyaya inteqrasiyasına gerçəkdən çalışan bizim kimi insanlar qanun pozuntularını heç vaxt gizlətməz. Müxalifətdəki insanların sıxıntısını başa düşürük. Əgər onlara qarşı haqsızlıq olsaydı, bunu söyləyərdik. Bir daha deyirəm ki, təhlükəsiz, şəffaf, rahat və mədəni seçkinin baş tutması hamımızı sevindirdi.

ATƏT-dən və digər təşkilatlardan olan müşahidəçilərin açıqlamaları bizə çox qəribə gəlir. Bəzi təşkilatların Azərbaycanda exit-poll keçirməsi doğru deyildir. Biz də seçkiləri müşahidə etdik. Amma belə bir işə qarışmadıq. Bir sıra beynəlxalq müşahidəçilərin seçkinin guya saxta olması barədə gəldiyi qənaətlər də doğru deyildir.

Cümhuriyyət Xalq Partiyasından Ərdəhan millət vəkili ƏNSAR ÖYÜT də söylənilən fikirlərlə razı olduğunu diqqətə çatdıraraq vurğuladı ki, Azərbaycanda hakimiyyətdə və müxalifətdə olan insanların hamısı bizim üçün eynidir. Biz buraya Azərbaycan xalqına kömək üçün gəlmişik. Hər kəsə eyni mövqedən yanaşmışıq ki, haqsızlıq olmasın. Rəhmətlik HeydərƏliyevin dediyi kimi, biz “bir millət, iki dövlət”ik. Getdiyimiz dairə və məntəqələrdə gənclər, qadınlar, kişilər, yaşlılar bir-birinə təzyiq göstərmədi.

Ancaq ATƏT tərəfindən gələn müşahidəçilər müəyyən məsələlərə siyasi nöqteyi-nəzərdən yanaşır və bəzi fikirlər söyləyirlər. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etmiş, 1 milyon insan yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycanla Türkiyənin yaxınlaşmasını da istəmirlər. Onlar düşünürlər ki, əgər bu iki qardaş ölkəni bir-birindən uzaq salsaq, istədiyimizi əldə edə bilərik. Ona görə ki, Azərbaycan neft ölkəsidir, təbii qazı var. Bunda məqsəd var.

Fikir və düşüncələrimi səmimi şəkildə ifadə edərək söyləyirəm, əgər bu seçkilərdə 40-dan çox müstəqil namizəd yüksək səs qazanmışsa, artıq bu, şəffaf, demokratik bir seçki olduğunu sübuta yetirir. Bu, çox önəmlidir. Bunu qəbul etmək lazımdır. Şübhə yaradanların məqsədi isə Azərbaycanda oyuncaq bir hakimiyyət qurmaqdır.

Koç Universitetinin professoru xanım GÜL GÜNVER TURAN Azərbaycanda keçirilmiş parlament seçkiləri zamanı Şamaxıda müşahidələr apardığını söyləyərək dedi ki, hər şey qayda-qanunla, nizam-intizamlı, gözəl təşkil olunmuşdu. Məktəb binalarının divarlarında seçicilərin adları, onların harada və necə səs vermələri yazılmışdı. Barmaqların işarələnməsi dəqiqliyi ilə yoxlanılırdı. Vətəndaşlar yerli və xarici müşahidəçilərin gözü qarşısında açıq şəkildə bütün prosedurlara əməl edərək, istədikləri namizədi seçir, səs verir, bülletenini zərfə qoyub şəffaf qutuya atırdılar. Mənim diqqətimi çəkən bu oldu ki, 11 namizədin arasında iqtidar partiyasından yox, müxalifət partiyasından və müstəqil namizədlər var idi.

Exit-pollun keçirilməsinə etirazım yoxdur, bu, ola bilər. Amma çox insanlar kimə səs verdiklərini onlara demirdilər. Bu da səsverənlərin öz işidir. Ona görə, mənə elə gəlir ki, buna əsaslanıb iddia irəli sürmək bir o qədər də inandırıcı deyildir. Bu səbəbdən də exit-pollun nəticələri ilə Mərkəzi Seçki Komissiyasının məlumatları arasınada fərq ola bilər. Azərbaycanda ilk dəfə istifadə edilən bu cür metodlarla bağlı cüzi texniki problemlər ola bilər. Amma əsas odur ki, seçkilər sərbəst, ədalətli keçdi. Tərəfimizdən ciddi pozuntular qeydə alınmadı və bunun şahidi olmadıq.

Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Komissiyasının sabiq sədri HÜSEYN AKĞÜL dedi ki, insan hüquqlarının qorunması seçmə və seçilmədə mühüm rol oynayır. Vətəndaşların qarşısına heç bir maneə qoyulmadan, sərbəst iradə ilə seçkiyə getməsi çox böyük, mühüm və təqdirəlayiq bir hadisədir. Səmimiyyətlə deyirəm, Sumqayıtda seçkilərin gedişini izlədiyimiz 28 məntəqədə heç bir narazılıq görmədik. Mən bu parlament seçkilərinə qiymət verərkən deməliyəm ki, seçki günü səsvermə prosesi və səslərin sayılması ilə əlaqədar qanunsuz hərəkətlərə rast gəlmədik. Namizədlərin hər birinə eyni şərait yaradılmışdı. 125 deputat yeri üçün 1500-dən çox namizədin mübarizə aparmasının özü demokratiya göstəricisidir və insan hüquqlarının qorunmasının əlamətidir. Türkiyədə keçirilən parlament seçkilərindən də yüksək səviyyədə təşkil olunmuş bu seçki haqqında ciddi iradlar söyləmək həqiqətə uyğun deyildir. Bütün hadisələr yerli və beynəlxalq müşahidəçilərin gözü önündə baş verirdi. Bu qədər insanların gözü qarşısında xətanın törədilməsi mümkün deyildir. Xırda problemlərin olması seçkilərin nəticələrini şübhə altına ala bilməz. ATƏT müşahidəçiləri bəyanat verirlər, amma bu bəyanatı hansı faktlar əsasında verdiklərini açıqlamırlar.

Məsələn, hörmətli Mehriban xanım Əliyevanın namizəd olduğu Əzizbəyov rayonundakı seçki dairəsinə xüsusi olaraq getdik. Deyirdilər ki, guya Mehriban xanımın seçilməsi üçün insanlara təsir göstəriləcəkdir. Amma heç bir təsir, təzyiq və müdaxiləyə rast gəlmədik. Hətta səslərin sayılmasını da gözlədim. Onu da deyim ki, bu rayon yüksək səviyyəli elm adamlarının, məktəblərin mövcud olduğu bir yerdir. Seçiciləri də təhsil görmüş ağıllı insanlardır. Yəni təsir altında qalacaq insanlar deyillər. Seçkilərin nəticələrindən gördük ki, hörmətli Mehriban Əliyeva səslərin 90 faizə yaxınını qazanaraq seçilmişdir. Bu, tamamilə doğru seçimdir.

Ana Vətən Partiyasından İsparta millət vəkili MEHMET SAİT ƏRMAĞAN vurğuladı ki, əgər bu seçkilər başqa ölkədə olsaydı, müşahidəçi kimi getməzdim. Məhz Azərbaycanı sevdiyimiz üçün gəlmişik. Həqiqətən də, bu seçkilərdə heç bir qanun pozuntuları ilə üzləşmədik. Bizi hansı partiyanın səs qazanıb-qazanmaması maraqlandırmır. Önəmli olan seçkilərin ədalətli, doğru, dürüst keçirilməsidir. Bizim gördüyümüz bunlardır ki, seçkilər demokratik formada getmişdir. Bunun Azərbaycana, bölgəyə, dünyaya xeyirli olmasını diləyirik. Azərbaycanın təhlükəsizliyi, inkişafı önəmlidir. Azərbaycan bu sahədə addımlar atmışdır və inşallah, bu, davam edəcəkdir. Mən hamını – iqtidarı da, müxalifəti də səmimiyyətə dəvət edirəm. Seçki artıq keçirilmişdir, demokratik olmuşdur. Bunu bütün tərəflər qəbul etməlidir və Azərbaycan üçün çalışmaq lazımdır.

Ədalət və İnkişaf Partiyasından olan millət vəkili İSMAİL ERİCEKLİ 1993-cü ildə Bakıda olduğunu xatırladaraq vurğuladı ki, ötən 12 il ərzində iqtisadi cəhətdən yüksək inkişaf etmiş Azərbaycanda 1600-dək xarici müşahidəçinin izlədiyi seçkilərin saxta keçirilməsi inandırıcı görünə bilməz. Azərbaycan demokratiyanı inkişaf etdirərək, Avropanın aparıcı dövlətlərindən biri olacaqdır. Buna görə də dünya dövlətləri noyabrın 6-dakı seçkilərə böyük diqqət yetirirdi. Bizim gördüklərimiz bunlardır: Azərbaycandakı parlament seçkiləri XXI əsrin demokratiyasına uyğun, azad şəkildə keçirildi. Bu seçkilərin ədalətli olmasının ən böyük xüsusiyyəti seçkilər gününə qədərki və sonrakı prosesin beynəlxalq standartlara cavab verməsidir. Bu gün Azərbaycan çox demokratik idarə olunur. Bütün proseslər, o cümlədən səslərin sayılması müşahidəçilərin iştirakı ilə yerinə yetirilmişdir. Bir sözlə, şübhə doğuracaq məsələ mövcud deyildir. Azərbaycan xalqı seçkiləri müvəffəqiyyətlə başa çatdırmışdır. Bu işdə Azərbaycan dövlətinin böyük zəhməti olmuşdur. Bu, çox ciddi və önəmli bir addımdır.

Türkiyəli müşahidəçilər dünyanın bir sıra inkişaf etmiş ölkələrində, o cümlədən Almaniyada, Türkiyədə keçirilən seçkilərdən, bəzi çatışmazlıqlardan söz açdılar, Azərbaycan üçün əhəmiyyətli olan bu mühüm siyasi kampaniyanın demokratik formada başa çatmasını bir daha yüksək qiymətləndirdilər. Bildirdilər ki, müxalifət seçkilərin nəticələrini qəbul edib, bundan sonrakı seçkilərə hazırlaşmalı, növbəti seçkilərdə uğur qazanmaq üçün xalqla birlikdə çalışmalıdır. Yüksələn üçrəngli bayrağı daha da uca zirvələrə qaldırmaq hər kəsin borcudur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub