TÜRKİYƏ ÖLÜM CƏZASININ TƏTBİQİNDƏN TAMAMİLƏ İMTİNA ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Türkiyə, müharibə dövrü də daxil olmaqla, ölüm cəzasının tətbiqindən tamamilə imtina etmişdir. Türkiyənin Avropa Şurasındakı nümayəndəsi Numan Xəzər yanvarın 9-da insan hüquqları üzrə Avropa Konvensiyasının 13-cü protokolunu imzalamışdır. Sənədin bu hissəsində, müharibə vaxtı da daxil olmaqla, bütün şəraitlərdə ölüm cəzasının tətbiqindən imtina edilməsi nəzərdə tutulur.
Bir il əvvəl Türkiyə insan hüquqları üzrə Avropa Konvensiyasının altıncı protokolunu imzalayaraq, dinclik şəraitində ölüm cəzasının tətbiqindən imtina etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]