Türkiyə ordusu Suriyanın şimalında daha 41 terrorçunu zərərsizləşdirib
Bakı, 14 iyun, AZƏRTAC
Türkiyə ordusu Suriyanın şimalındakı Tel Rıfat və Münbiç bölgələrində daha 41 YPG (PKK qruplaşmasının Suriya qanadı) terrorçusunu məhv edib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Biz hərbi bazalarımıza hücum edən terror təşkilatları ilə hesab çəkməyə davam edirik. Qəhrəman Türkiyə Ordusu Tel Rıfat və Münbiç bölgələrində PKK/YPG qruplaşmasının sığınacaqlarına zərbələr endirərək 41 terrorçunu məhv edib”, - deyə məlumatda bildirilir.
Türkiyə Ordusunun əməliyyatı “Cibrin” hərbi bazası və “Öncüpınar” polis postunun terrorçular tərəfindən atəşə tutulmasına cavab olaraq keçirilir. Məhv edilən silahlılar arasında polis postuna hücumu planlaşdıran terrorçuların da olduğu deyilir. Bununla da ötən həftənin sonundan bəri Suriyanın şimalında məhv edilən terrorçuların sayı 53-ə yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]