TÜRKİYƏ PREZİDENTİ MƏTBUAT AZADLIĞININ MƏHDUDLAŞDIRILMASININ CƏMİYYƏTİN SUSDURULMASI KİMİ BAŞA DÜŞÜLƏCƏYİNİ BİLDİRMİŞDİR
Bəyanatda bildirilir ki, mətbuat azadlığının məhdudlaşdırılması cəmiyyətin susdurulması kimi başa düşüləcəkdir. Mətbuat cəmiyyət qarşısındakı vəzifəsinin öhdəsindən gələ bilmək üçün sərbəst olmalı, hər hansı güc və ya təzyiqdən qorunmalıdır.
Əhməd Necdət Sezər mətbuata ehtiramın, jurnalistlərin tərəfsizliyinin və fərdi maraqlardan uzaq olmasının, insanların şəxsi həyatına müdaxilə edilməməsinin tərəfdarı olduğunu bildirmişdir.
Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınç isə bəyanatında mətbuatın öz məsuliyyətini dərindən anlamasının mühüm olduğunu bildirmişdir. Demokratik cəmiyyətlərdə plüralizmin əsas meyar olduğunu qeyd edən parlament sədri, mətbuatın azad və tərəfsizliyinin zəruriliyini vurğulamışdır.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın bəyanatında bildirilir ki, mətbuatın əsas vəzifəsi xalqı düzgün və operativ şəkildə məlumatlandırmaqdır. O, jurnalistlərin fəaliyyətinin cəmiyyətin inkişafına təkan verəcyinə ümidvar olduğunu vurğulamışdır.