Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə Prezidentinin müşavirinin erməni yalanlarına dair ikicildliyi Azərbaycan dilində çapdan çıxıb YENİLƏNİB

Bakı, 30 may, AZƏRTAC

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, professor Seyid Sertçeliyin ermənilərin 1915-ci il hadisələri ilə bağlı əsassız iddialarını ifşa edən “Rus və erməni mənbələri işığında erməni problemi” ikicildliyinin Azərbaycan dilində çapdan çıxan versiyasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində nəşr haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ikicildlik “Meydana çıxma prosesi 1678-1914” və “1915-1923 müstəmləkə müharibəsi” əsərlərindən ibarətdir. “Turkish Petroleum Overseas Company Ltd” (TPAO) şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gələn əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub. İkicildliyin “Ön söz”ünün müəllifləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov və AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü, deputat Musa Qasımlıdır.

Təqdimat mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral müəllif tərəfindən uzun illər boyu aparılan əsaslı tədqiqatlar nəticəsində qardaş xalqlarımızın tarixində ən mühüm dövrlərə aid ətraflı məlumat verən sanballı elmi əsərin ərsəyə gəldiyini vurğulayıb. Diplomat S.Sertçeliyin elmi əsaslarla, tarixi sənədlərlə ortaya qoyduğu bu həqiqətlərin erməni yalanları ilə mübarizə sahəsində güclü mənbə olduğunu bildirib. Səfir qeyd edib ki, biz gələcək nəsillərə tarixi olduğu kimi çatdırmalıyıq. Ermənilər türklər haqqında dünyaya yanlış məlumatlar çatdırmağa çalışırlar. Buna görə də qarşımızda çox mühüm vəzifə - erməni yalanlarını ifşa edərək əsl həqiqətləri dünyaya çatdırmaq dayanır. İkicildlik bu baxımdan böyük əhəmiyyət daşıyır.

Belə bir mühüm əsərin Azərbaycan dilinə tərcümə olunmasına görə "Turkish Petroleum Overseas Company Ltd" şirkətinin rəhbərliyinə minnətdarlığını bildirən səfir Erkan Özoral şirkətin ulu öndər Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi"ndə iştirak etdiyini və həmin dövrdən ölkəmizdə fəallığı ilə seçildiyini vurğulayıb.

Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan və türk xalqlarının tarix boyu erməni qəsbkarlarının zülmlərinə məruz qaldıqlarını xatırladaraq, bədnam qonşularımızın cinayətkar əməllərinin dünyaya çatdırılmasında belə əsərlərin önəmini yüksək qiymətləndirib. Kitabın Azərbaycan dilinə tərcümə edilməsinin son illər erməni yalanlarının ifşa olunması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə böyük töhfə olduğunu vurğulayan Ə.Əmiraslanov bu istiqamətdə intensiv işlərin genişləndirilməsinin vacibliyini ifadə edib. O, ermənilərin qardaş xalqlarımıza qarşı törətdikləri cinayətlərin daha geniş öyrənilməsi baxımından bu əsərin gənclər arasında yayılmasının əhəmiyyətini qeyd edib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkələrimiz arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlıq etdiyini deyən Ə.Əmiraslanov belə bir sanballı əsəri ərsəyə gətirdiyinə görə professor Səid Sertçeliyə minnətdarlığını bildirib.

Nizami Cəfərov çıxışında ikicildliyin yüksək akademizmi, faktların zənginliyi, hadisələrə obyektiv yanaşma tərzi ilə seçildiyini diqqətə çatdırıb. Ermənilərin əsrlər boyu dünyaya yaymağa çalışdıqları yalanlara qarşı mübarizə aparmaq, onları ifşa etmək üçün tarixçilərimizin, ziyalılarımızın üzərinə böyük vəzifə düşdüyünü vurğulayan N.Cəfərov əsərin ali məktəb tələbələri üçün də qiymətli vəsait olduğunu bildirib. Alim bu mühüm əsərin Azərbaycan dilinə tərcümə olunmasına görə TPAO-nun Azərbaycan nümayəndəliyinə minnətdarlığını bildirib.

Musa Qasımlı ermənilərin xalqlarımıza qarşı törətdikləri cinayətlərlə bağlı ən mühüm sənədlərin Rusiyanın müxtəlif arxivlərində saxlanıldığını bildirib. O, müəllifin öz tədqiqatlarında məhz həmin mənbələrə, o cümlədən Rusiyanın hərbi xadimlərinin, canişinlərinin məruzələrinə müraciət edərək qiymətli faktları üzə çıxardığını bildirib. O, belə bir kitabın Azərbaycan dilinə tərcümə edilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.

Erməni yalanlarının ifşası istiqamətində həm Azərbaycanda, həm də Türkiyədə görülən işlərdən danışan tarixçi alim əsərin rus dilinə tərcümə olunmasının vacibliyini xüsusi qeyd edib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı mühüm mövzuya həsr olunan belə bir əsərin daha geniş auditoriyada təbliğ edilməsinin zəruriliyini diqqətə çatdırıb. Müəllifin yüksək mənəvi keyfiyyətlərə, geniş intellektə malik ziyalı olduğunu vurğulayan M.İbrahimqızı Rusiyanın mühüm dövlət arxivlərində aparılmış gərgin araşdırmalar nəticəsində ortaya çıxan bu əsərin erməni məsələsi ilə bağlı sanballı elmi mənbə olduğunu bildirib. O, ikicildliyin dünyanın aparıcı dillərinə tərcümə edilərək nüfuzlu “beyin mərkəzləri”, ali təhsil müəssisələri arasında yayılmasının vacibliyini qeyd edərək belə tutarlı əsərə görə müəllifə minnətdarlığını bildirib və ona yeni yaradıcılıq uğurları arzulayıb.

Müəllif, professor Seyid Sertçelik çıxışında Sankt-Peterburqda doktorantura təhsili aldığı zaman erməni məsələsi ilə bağlı Rusiyanın dövlət arxivlərindəki zəngin tarixi sənədləri araşdırdığını bildirərək, bu amilin belə bir əsərin yazılmasına vəsilə olduğunu ifadə edib. O, arxivlərlə yanaşı, Sankt-Peterburqda və Moskvada müxtəlif kitabxanalarda yorulmadan tədqiqatlar apardığını bildirib. Əsassız erməni iddialarının həm Türkiyənin, həm də Azərbaycanın tarixşünaslığında mühüm istiqamətlərdən biri olduğunu vurğulayaraq, Türkiyədə bu problemə ötən əsrin 90-cı illərindən müraciət edildiyini bildirib. Erməni iddialarının Türkiyə torpaqlarında erməni dövlətinin qurulması məqsədinə xidmət etdiyini vurğulayan müəllif bu məsələnin tarixinin XVII əsrədək uzandığını vurğulayıb, ermənilərin əsrlər boyu xalqlarımıza qarşı törətdikləri cinayətləri tarixi faktlar əsasında diqqətə çatdırıb. O, erməni iddialarını ifşa etmək üçün elmi əsərlərlə yanaşı, filmlərin, sənədli ekran əsərlərinin hazırlanmasının və s. zəruriliyini qeyd edib, ikicildliyin Azərbaycan dilində tərcüməsi işində əməyi keçənlərə minnətdarlığını çatdırıb.

Kitabda əsrlər boyu yaşadıqları dövlətə - Osmanlı imperiyasına xəyanət edən ermənilərin yaratdıqları silahlı dəstələri ilə ruslar arasındakı münasibət və əlaqələr tarixi faktlar əsasında ətraflı şəkildə təqdim olunur. Moskva və Sankt-Peterburq arxivlərinin materialları əsasında yazılmış bu əsər erməni yalanlarını tarixi faktlar əsasında sübut etmək baxımından sanballı elmi mənbədir.

İkicildlik heç bir kommersiya məqsədi güdülmədən Azərbaycanın rəsmi qurumlarına, tədris müəssisələrinə, digər ictimai təşkilatlara paylanılacaq.

Çıxışlardan sonra professor Seyid Sertçelik kitablarını imzalayaraq tədbir iştirakçılarına təqdim edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər