DÜNYA
Türkiyə Qəzzaya daha bir humanitar yardım gəmisi göndərəcək
Ankara, 16 aprel, AZƏRTAC
Türkiyədən Qəzza zolağına humanitar yardım daşıyan sayca doqquzuncu gəmi bu gün Mersin limanından yola düşəcək.
AZƏRTAC xəbər verir ki, 3 774 ton həcmində olan yardım Türkiyənin Qızıl Ay cəmiyyəti xətti ilə toplanıb. Gəmi təxminən 40 saatdan sonra dəniz nəqliyyatı baxımından Qəzzaya ən
yaxın bölgə sayılan Misirin El-Ariş limanına çatacaq.
Daha sonra humanitar yardım yük maşınları ilə “Rəfah” sərhəd qapısına
daşınacaq və Fələstin tərəfinə təhvil veriləcək.
Türkiyənin Qızal Ay və AFAD təşkilatları, son aylarda Fələstinə 13
təyyarə və 8 səkkiz gəmi ilə ümumilikdə 39 min 697 ton humanitar yardım göndərib.
Ramin Abdullayev
AZƏRTAC -ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]