Türkiyə rekord həcmdə kənd təsərrüfatı məhsulu ixrac edib
Ankara, 15 aprel, AZƏRTAC
Türkiyədən kənd təsərrüfatı məhsullarının ixracında yeni rekord göstərici qeydə alınıb.
Türkiyə İxracatçılar Məclisindən (TİM) AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin ilk rübündə ölkədən 9,3 milyard dollar həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çoxdur.
Cari ilin yanvar-mart aylarında ölkənin ümumi ixrac səbətində aqrar sektorun payı 14,6 faiz təşkil edib.
TİM-in məlumatına əsasən, həmin dövrdə ölkənin on kənd təsərrüfatı sahəsindən beşində ilin ixrac həcmi artıb. Meyvə və tərəvəz sektoru üçün ən böyük xarici bazarlar - Rusiya Federasiyası (216,9 milyon dollar) ilə ABŞ (109,4 milyon dollar) olub.
Qurudulmuş meyvə məhsullarının ən böyük tədarükçüsü Almaniya (61,6 milyon dollar), bəzək bitkilərinin əsas alıcısı Niderlanddır (10,7 milyon dollar). Dənli və paxlalı bitkilərə əsas maraq isə qonşu İraqda (600 milyon dollar) göstərilib.
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]