Türkiyə saytları Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı məqalələr yayıb
Ankara, 11 aprel, AZƏRTAC
Türkiyənin “gundogumu”, “igdirim76”, “karsmedyasi” və digər xəbər saytları Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı “Əhalinin artımı milli sərvətdir” və “Azərbaycanın on milyonuncu vətəndaşı dünyaya gəldi” adlı məqalələr yayıb.
AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu məqalələrdə Azərbaycanda əhalinin sayının dinamik artımından bəhs edilir. Müəllif bunu ölkədəki sosial-iqtisadi vəziyyətin yaxşı olması ilə əlaqələndirir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizin on milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşməsinin Azərbaycan dövlətinin öz vətəndaşına doğma münasibətinin göstəricisi olduğu bildirilir.
Müəllif yazır ki, 10 milyonuncu sakinin dünyaya gəlməsi hər bir azərbaycanlının böyük sevincinə səbəb olub. Məqalələrdə, həmçinin əhalinin təbii artım dinamikasının qorunmasının əhəmiyyətinə toxunulur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara