TÜRKİYƏ-SURİYA SƏRHƏDİ MİNALARDAN TƏMİZLƏNƏCƏK
Türkiyə Respublikasının dövlət naziri Gurşad Tuzmen Suriya dövlət başçısının Ankaraya rəsmi səfəri zamanı iki ölkə arasında bir sıra məsələlərin müzakirə olunduğunu bildirdi. O dedi ki, tərəflər arasında əldə olunmuş razılığa əsasən, Qaziantep şəhərində Suriyanın konsulluğu açılacaqdır. Həmçinin Hatay, Qaziantep və Şanlı Urfa şəhərində “Sərhəd ticarət mərkəzləri”nin fəaliyyətə başlaması və iki ölkə arasındakı sərhəd bölgələrinin minalardan təmizlənib, kənd təsərrüfatı üçün müvafiq hala gətirilməsi nəzərdə tutulmuşdur. Nazir bildirdi ki, iki ölkə arasında minalı ərazinin ümumi sahəsi Kipr adasına bərabərdir. Bu münbit ərazinin minalardan təmizlənməsi isə hər iki ölkənin kənd təsərrüfatına müsbət təsir göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]