TÜRKİYƏ VƏ ABŞ İQTİSADİ ƏMƏKDAŞLIĞI İNKİŞAF ETDİRMƏK HAQQINDA ANLAŞMA MEMORANDUMU İMZALAMIŞLAR
Ankarada keçirilmiş mərasimdə sənədi Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarçıoğlu və ABŞ Ticarət Palatasının İcra Şurasının üzvü Con Bəkmən imazlamışlar.
Rifat Hisarçıoğlu jurnalistlərə müsahibəsində bildirmişdir ki, ticarət və investisiya əlaqələrinin güclənməsi iki ölkə arasında dostluq və tərəfdaşlıq zəminində inkişaf edən münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcəkdir. Onun sözlərinə görə, hazırda Türkiyənin Birləşmiş Ştatlarla mal dövriyyəsi cəmi 10 milyard dollar təşkil edir ki, bu da qənaətbəxş hesab oluna bilməz. Bunun başlıca səbəblərindən biri türk iş adamlarının ABŞ-a viza alarkən qarşılaşdıqları problemlərdir. İmzalanan sənəd tez bir zamanda iki ölkə arasında sənaye zonalarının yaradılmasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]