TÜRKİYƏ VƏ AZƏRBAYCAN EKOLOJİ SAHƏDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALAMIŞLAR
İmzalanma mərasimindən əvvəl nazirlərin görüşü olmuşdur. Görüşdə ekologiya sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və pespektivləri müzakirə olunmuşdur. Osman Pepe iki il əvvəl Bakıya etdiyi səfəri məmnunluqla xatırlayaraq, həmin vaxt imzalanmış müddətli sazişin ətraf mühitin qorunması sahəsində ikitərəfli əməkdaşlığa təkan verdiyini söyləmişdir. O, Türkiyənin meşəsalma üzrə dünyada on qabaqcıl dövlətdən biri olduğunu diqqətə çatdıraraq, bu sahədə qardaş Azərbaycanla daha sıx əməkdaşlıq etmək arzusunu bildirmişdir.
Hüseynqulu Bağırov ölkəmizdə ekologiya ilə bağlı görülən işlərdən ətraflı bəhs edərək, dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə xüsusi diqqət göstərdiyini, bu yaxınlarda Azərbaycan Prezidentinin yanında ətraf mühitin qorunması ilə əlaqədar xüsusi müşavirə keçirildiyini vurğulamışdır. O, ekologiya sahəsində qardaş Türkiyənin zəngin təcrübəsindən yararlanmağın zəruriliyini qeyd etmişdir.
Görüşdə ölkəmizin Ankaradakı səfiri Zakir Həşimov iştirak etmişdir.
X X X
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir. İyulun 28-də Boludakı “Abant” milli parkı ilə tanışlıq olacaqdır.