Türkiyə və Suriyanın hərbi qurumları arasında təmaslar davam edəcək
Bakı, 29 dekabr, AZƏRTAC
Türkiyə və Suriya yaxın günlərdə də hərbi qurumların xətti ilə təmaslarını davam etdirəcək.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hülusi Akar Moskvada suriyalı həmkarı Əli Mahmud Abbasla danışıqların yekununda bildirib.
Dekabrın 28-də Moskvada son 11 ildə ilk dəfə Türkiyə və Suriyanın hərbi idarələrinin başçıları arasında görüş olub. Görüş Rusiya müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə üçtərəfli formatda keçirilib.
Moskva danışıqlarında əsasən terrorla mübarizə məsələsinin müzakirə olunduğunu deyən Hülusi Akarın sözlərinə görə, Ankara Suriya və İraq da daxil olmaqla qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, Kürdüstan Fəhlə Partiyasını (PKK) və onun Suriya qolunu (YPG), həmçinin İŞİD qruplaşmasını əsas təhlükə hesab edir.
Türkiyəli nazir danışıqların yekunlarına əsasən üçtərəfli görüşlərin davam etdirilməsi ilə bağlı razılığın əldə olunduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]
Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub
- 18.06.2026 [12:02]
Moskvaya dron hücumları nəticəsində aeroportların işində problemlər yaranıb
- 18.06.2026 [11:30]