Türkiyə xalqı Mustafa Kamal Atatürkün xatirəsini yad edir
Ankara, 10 noyabr, AZƏRTAC
Bu gün Türkiyə Respublikasının qurucusu, qazi Mustafa Kamal Atatürkün vəfatının 82-ci ildönümüdür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət nümayəndələri, siyasi partiya rəhbərləri Türkiyə xalqının böyük oğlunun məzarını-Anıtqəbri ziyarət ediblər.
Türkiyə vaxtı ilə saat 09.05-də - Mustafa Kamal Atatürkün vəfat etdiyi an dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyənin İstiqlal marşı səsləndirilib. Anıtqəbir önünə əklil qoyulub.
Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin “xatirə kitabı”na ürək sözlərini yazıb.
Türkiyənin bütün bölgələrində anım mərasimləri keçirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]