Türkiyədə 56 saatlıq “Evdə qal!” rejimini pozan 35 min 544 nəfər cərimələnib
Ankara, 11 yanvar, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyədə növbəti dəfə tətbiq olunan 56 saatlıq “Evdə qal!” rejimini pozuqlarına görə 35 min 544 nəfər cərimələnib.
AZƏRTAC xəbər verir ki, yanvarın 8-də Ankara vaxtı ilə saat 21.00-da qüvvəyə minən bu rejim yanvarın 11-də səhər saat 5.00-dək davam edib.
Koronavirusa qarşı mübarizə qaydalarına uyğun olaraq, yenə də həftənin ilk beş günü saat 21.00-dan saat 5.00-dək “Evdə qal!” rejimi tətbiq ediləcək. Həftəsonu - cümə günü saat 21.00-dan bazar ertəsi səhər saat 5.00-dək isə 56 saatlıq “Evdə qal!” rejimi tətbiq olunacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]