Türkiyədə baş vermiş faciələrdə itkin düşənlərin axtarışı davam edir
İstanbul, 19 fevral, AZƏRTAC
Fevralın 15-də Mərmərə dənizində batan “Batuhan A” adlı yük gəmisinin heyət üzvlərinin və Erzincan vilayətindəki qızıl mədəni ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində itkin düşənlərin axtarışları davam edir.
AZƏRTAC xəbər verir ki, Bursa vilayətinin İmralı adasının cənub-qərbində baş verən gəmi qəzası zamanı itkin düşən altı dənizçidən birinin cəsədi tapılıb.
Türkiyə Dəniz Qüvvələri Komandanlığının dalğıcları 51 metr dərinlikdə gəminin qalıqlarını araşdırır. Sahildən 4 mil aralıda aparılan axtarış-xilasetmə işlərinə 700-dən çox mütəxəssis cəlb edilib.
Türkiyədə daha bir axtarış-xilasetmə işləri Erzincan vilayətində aparılır. Fevralın 13-də vilayətdəki qızıl mədəninin ərazisində torpaq sürüşməsi zamanı doqquz işçi itkin düşüb. Bölgədə Türkiyə Silahlı Qüvvələri, AFAD, eləcə də digər dövlət və qeyri-hökumət təşkilatlarının axtarış-xilasetmə heyətlərindən ibarət 2700 nəfərlik qrup fəaliyyət göstərir. Əraziyə 802 nəqliyyat və tikinti texnikası, 99 işıqlandırma qülləsi, 52 generator, pilotsuz uçuş aparatı gətirilib.
Axtarışlar 210 min kvadratmetrlik ərazidə aparılır. Hadisə ilə bağlı altı nəfər həbs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]