Türkiyədə iki ayda 42 PKK terrorçusu təslim olub
Ankara, 3 mart, AZƏRTAC
Cari ilin iki ayında 42 PKK terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib. Nazir bildirib ki, terrorçulardan 27-si aparılan təbliğat və izahat işləri nəticəsində təslim olub. Onun sözlərinə görə, Türkiyədə istehsal olunan milli texnologiyalar, o cümlədən pilotsuz aparatlar terrorçuların sığındığı yerlərin aşkarlanmasına əhəmiyyətli dərəcədə kömək göstərir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]