Türkiyədə İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib
İstanbul, 9 noyabr, AZƏRTAC
Başda İstanbul olmaqla, Türkiyənin 11 vilayətində İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, əməliyyatlar nəticəsində İŞİD terror təşkilatının Suriyadaki üzvləri ilə əlaqəli olduğu şübhəsi ilə 17 nəfər saxlanılıb.
Daha bir əməliyyat Türkiyənin Bursa vilayətinin Təhlükəsizlik İdarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Bu əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 11 nəfərdən doqquzu saxlanılıb.
Əməliyyatlar davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]