Türkiyədə meşə yanğınları zamanı dəyən zərərin qiymətləndirilməsinə başlanılıb
İstanbul, 31 iyul, AZƏRTAC
Son bir neçə gündə Türkiyədə baş verən meşə yanğınlarının nəzarət altına alındığı ərazilərdə zərərin qiymətləndirilməsi işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
Nazir deyib ki, aparılan ilkin araşdırmalara görə, Antalya, Muğla və Balıkesir vilayətlərində baş verən yanğınlar nəticəsində 65 yaşayış və ya qeyri-yaşayış obyektinə zərər dəyib.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı isə Muğlanın Fethiye rayonundakı meşə yanğınının tamamilə nəzarət altına alındığını, Balıkesirin Gömeç, Antalyanın Alanya, Mersinin Gülnar-Aydıncık rayonlarında isə yanğınların məhdudlaşdırıldığını bildirib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]