Türkiyədə təqaüddə olan bir qrup hərbçinin siyasi bəyanatı kəskin etirazla qarşılanıb
Ankara, 4 aprel, AZƏRTAC
Türkiyədə təqaüddə olan bir qrup hərbçinin hədələyici siyasi bəyanatı ölkənin ali hakimiyyət orqanlarının rəhbərləri tərəfindən “dövlət çevrilişinə cəhd çağırışı” kimi dəyərləndirilib.
AZƏRTAC xəbər verir ki, ilk etiraz Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopdan gəlib. Məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edən parlamentin rəhbəri belə əsasız, hüquqa zidd bəyanatların yolverilməzliyini bildirərək vurğulayıb ki, sərbəst fikir ifadəsi ilə dövlət çevrilişinə çağırış bir-birindən fərqlidir.
Türkiyənin Vitse-prezidenti Fuat Oktay, ədliyyə naziri Abdulhamit Gül, daxili işlər naziri Süleyman Soylu və digər hökumət üzvləri, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının rəhbər şəxsləri sözügedən bəyanata etirazlarını ifadə ediblər. Ali hakimiyyət orqanlarının rəhbərləri əminliklə ifadə ediblər ki, Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləməkdə davam edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]