Türkiyənin Diyanət İşləri Başkanlığı cümə xütbəsini Xocalı şəhidlərinə həsr etmişdir
Ankara, 25 fevral (AZƏRTAC). Türkiyənin Diyanət İşləri Başkanlığı cümə xütbəsini Xocalı şəhidlərinə həsr etmişdir. Qardaş ölkənin ali dini qurumu bütün camilərə cümə namazında Xocalı soyqırımının qurbanlarının anılması üçün təlimat göndərmişdir.
Bursadakı Ulu Caminin imamı Tahsin Karanfil də bu qədim camidə oxuduğu xütbədə Azərbaycan xalqının yaşadığı faciənin ürəklərdə yaşandığını bildirmişdir. O, qardaş Azərbaycanın bütün şəhidlərinin ruhuna dualar oxumuşdur.
Zonquldak şəhərindəki bütün camilərdə oxunan xütbələrdə də Xocalı şəhidləri anılmışdır. Zonquldak müftisi Refik Bulut şəhidlərin ruhunu yad etmiş, möminləri işğal olunmuş Azərbaycan torpaqlarının tezliklə azad olunması, Allahdan birlik və bərabərliyimizi pozmaq istəyənlərə fürsət verilməməsi üçün dua etməyə çağırmışdır.
Fevralın 25-də Ankaradakı Hacı Bayram camisində də Xocalı şəhidlərinin ruhuna dualar oxunacaqdır.
Türkiyədə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Böyük Birlik Partiyasının sədri Mustafa Destici, Türkiyə parlamentinin Konya şəhərindən millət vəkili Mustafa Akış da bəyanat yayımlamış, bu vəhşi qətliamın günahkarlarının cəzalandırılmasını tələb etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]