Türkiyənin müdafiə sənayesinin fəaliyyətinə dair mühüm qərarlar qəbul edildi
Ankara, 21 dekabr, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC Türkiyə Prezident Administrasiyasına istinadla xəbər verir ki, iclas ölkənin hava müdafiə sistemlərini gücləndirmək üçün “Siper”, “Hisar” və “Sungur” sistemlərinin növbəti istehsalı ilə bağlı qərar qəbul edib.
Bundan başqa, MİLGEM (Milli Gəmi) layihəsi, pilotsuz uçuş aparatları (İHA) istehsalında yeniliklər, F-16 qırıcılarının modernləşdirilməsi və sair mühüm məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib, zəruri tədbirlərin görülməsində razılıq əldə olunub.
İclasda bir daha qeyd olunub ki, müdafiə sənayesinə dair xaricdən asılılığın aradan qaldırılması milli maraqları özündə ehtiva edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]