Türkiyənin paytaxt bölgəsində meşələrə baş çəkməyə qoyulan qadağanın müddəti uzadılıb
Ankara, 31 iyul, AZƏRTAC
Ankara vilayətindəki meşəlik ərazilərə baş çəkməyə qoyulan qadağa 15 oktyabra qədər uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu qərar Ankara valiliyi tərəfindən ölkənin bir neçə vilayətində davam edən güclü meşə yanğınları fonunda qəbul edilib.
Ankarada yaşıllıq ərazilərin yaxınlığında yanğına səbəb ola biləcək tonqal qalamaq və digər hərəkətlər də qadağan edilib.
Ankara valiliyi qadağanı pozanların inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edib. Valilik vurğulayıb ki, hər hansı zərər və inzibati xərclər təqsirkar hesab edilən şəxslər tərəfindən ödəniləcək.
Ankara vilayətindəki meşələrə baş çəkməyə qoyulan qadağa əvvəllər 22 may - 30 sentyabr 2026-cı il tarixləri arasında qüvvədə olub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]