Türkiyənin xarici işlər naziri Rusiyaya işgüzar səfər edəcək
Moskva, 24 dekabr, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Rusiyaya işgüzar səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Həmin gün Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən strateji planlaşdırma qrupunun iclası keçiriləcək.
Tərəflər Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin noyabrın 9-da imzaladıqları Bəyanatın müddəalarının həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin qurulması məsələləri barədə də fikir mübadiləsi aparılacaq.
Görüşlərdə, həmçinin Yaxın Şərqdə, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Ukraynada və Qara dəniz hövzəsində vəziyyət nəzərdən keçiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin İrana 5 sahədə sanksiyalar tətbiq etdiyi məlum olub – YENİLƏNİB
- 24.08.2026 [23:30]
İsmayıllıda avtomobil aşıb, sürücü ölüb
- 24.08.2026 [22:45]
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzəpir məscidində olacaq
- 24.08.2026 [21:35]
Böyük Britaniyanın Baş naziri Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb
- 24.08.2026 [21:31]
Dünya okeanlarında temperatur rekord həddə çatıb
- 24.08.2026 [21:09]
ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir
- 24.08.2026 [21:00]
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub VİDEO
- 24.08.2026 [20:37]
Türkiyədə ənənəvi VIII Türkologiya Yay Məktəbi fəaliyyətə başlayıb
- 24.08.2026 [20:34]
Kəlbəcər şəhərinin ilk məzunu tələbə adını qazanıb
- 24.08.2026 [20:23]
“Könüllülər koalisiyası” Ukraynaya qoşun göndərmək planlarını təsdiq edib
- 24.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 24.08.2026 [20:00]
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
- 24.08.2026 [19:45]
Dələduzluqda ittiham olunan şəxs Ukraynadan ölkəmizə ekstradisiya ediləcək
- 24.08.2026 [19:40]
Paytaxtda 20-yə yaxın küçə və prospektdə təmir işləri aparılır
- 24.08.2026 [19:36]