TÜRKİYƏYƏ ZƏRBƏ VERTOLYOTLARI SATILMASINA DAİR MÜSABİQƏDƏ MÜBARİZƏNİ CAR VƏ İTALİYA DAVAM ETDİRƏCƏK
AZƏRTAC xəbər verir ki, Si-En-En Türk telekanalının yaydığı məlumata görə, Türkiyə silahlı qüvvələrindən ötrü zərbə vertolyotları satılması üçün elan olunmuş beynəlxalq müsabiqədə mübarizəni Cənubi Afrika Respublikası və İtaliya davam etdirəcəkdir. Türkiyənin xaricdən silah alınması ilə məşğul olan müdafiə sənayesinin icraiyyə komitəsi belə qərar çıxarmışdır.
Digər iki iddiaçı - Ankaraya Ka-50-2 “Ərdoğan” döyüş vertolyotu təklif edən “Kamov” və “İzrael eyrkraft indastriz” firmalarından ibarət Rusiya-İsrail konsorsiumu və “Yerokopter”-“Tayger” Fransa-Almaniya konsorsiumu mübarizəni dayandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]