Türkmənbaşı Beynəlxalq Dəniz Limanı neft ixracının imkanlarını artıracaq
Aşqabad, 10 sentyabr, AZƏRTAC
Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı, “Kenar” terminalının neft yükləmə dayaqlarını yenidən quracaq.
AZƏRTAC xəbər verir ki, dayaqların modernləşdirilməsi limanın müvafiq məhsulların ixracı imkanlarını artıracaq. Buna ehtiyac Türkmənistan neftinə olan tələbat və hasilat səviyyəsinin artması ilə əlaqədardır.
Ölkənin statistika komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-iyul aylarında “Türkmənneft” dövlət konserni neft hasilatı səviyyəsini əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artırıb.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında ölkə Rusiyaya 1,47 milyon ton qara qızıl ixrac edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]