Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKMƏNİSTAN PREZİDENTİ QURBANQULU BERDİMƏHƏMMƏDOVUN BƏYANATI

TÜRKMƏNİSTAN PREZİDENTİ QURBANQULU BERDİMƏHƏMMƏDOVUN BƏYANATI

- Möhtərəm İlham Heydər oğlu!

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Mən qonaqpərvər Azərbaycan torpağında olmağımdan çox şadam. Burada bizim bütün nümayəndə heyəti azərbaycanlı dostlarımızın səmimiyyəti və mehribanlığını hiss etdi. Bu səfər və yüksək səviyyədə baş tutmuş danışıqlar bir daha sübut etdi ki, həm Türkmənistan, həm də Azərbaycan iki qonşu, qardaş ölkə arasında ən sıx əməkdaşlıq yaradılmasına çox böyük əhəmiyyət verir. Məmnuniyyətlə demək istəyirəm ki, son vaxtlar dövlətlərimiz arasında siyasi dialoq xeyli fəallaşmış, yeni məzmun kəsb etmişdir. Əslində, bu əməkdaşlığın dinamikasını son səkkiz ayda istər hökumət nümayəndə heyətləri səviyyəsində, istərsə də mütəxəssislər səviyyəsində Türkmənistanla Azərbaycan arasında səfərlər mübadiləsinin xronikasına əsasən asanlıqla izləmək olar.

Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının yaradılması da ölkələrimizin ənənəvi əməkdaşlığa daha məhsuldar və konstruktiv xarakter vermək istəyini göstərir. Yəqin bilirsiniz, bu komissiyanın nisbətən yaxın vaxtlarda yaradılmasına baxmayaraq, tərəflər qarşılıqlı maraqlarımızın reallaşdırılması üçün təsirli və səmərəli mexanizm yaratmağa müvəffəq olmuşlar.

Məsələn, komissiyanın birinci iclası çərçivəsində əvvəllər bizim tərəfdaşlıq münasibətlərimizin inkişafını ləngidən maliyyə məsələləri və digər mühüm məsələlər tənzimlənmişdir.

İki ölkə arasında əmtəə dövriyyəsi durmadan artır. Son vaxtlar bu göstərici, demək olar, üç dəfə artmışdır. Lakin hətta bu rəqəm də həm Türkmənistan, həm də Azərbaycan xalqlarının mənafeyi naminə reallaşdırmağa çalışdığımız əməkdaşlıq potensialını tam əks etdirmir. İlk növbədə, bütün dünyada enerji dövlətləri statusuna malik olan hər iki ölkənin iqtisadiyyatı üçün baza əhəmiyyəti kəsb edən yanacaq-energetika sektorunda tərəfdaşlıqdan söhbət gedir. Möhtərəm İlham Heydər oğlu ilə bugünkü danışıqların gedişində biz bu mövzuya xüsusi diqqət yetirdik. Bizim ümumi fikrimiz belədir ki, məhz bu sahə gələcək dövlətlərarası tərəfdaşlığın strateji istiqamətinə çevriləcəkdir. Əməkdaşlıq imkanlarını hərtərəfli öyrənmək və bu imkanları dünyaya təqdim etmək üçün biz bu il sentyabr ayında Bakıda “Türkmənistan və Azərbaycan nefti və qazı” mövzusunda konfrans keçirmək barədə razılığa gəldik.

Ümumi fikrə görə, ikitərəfli qarşılıqlı əlaqələrin ən mühüm sahələrindən biri də nəqliyyatdır. Asiya ilə Avropanın qovuşduğu məkanda yerləşən Türkmənistanın və Azərbaycanın əlverişli geosiyasi mövqeyi qonşu ölkələrimizin bu üstünlüklərindən həm öz mənafelərimiz üçün, həm də Qərbdə və Şərqdə yerləşən başqa dövlətlərin mənafeyi üçün istifadə etməyə imkan verir.

Hesab edirəm ki, bu cür imkanların olması bütün coğrafi-iqtisadi xəritənin dəyişməsi üçün yaxşı üfüqlər açır. Bununla əlaqədar qeyd etmək istərdim ki, hazırda Türkmənistan öz nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üçün mühüm addımlar atır. Biz Qazaxıstandan və İrandan olan tərəfdaşlarımızla birlikdə Şimal-Cənub transmilli nəqliyyat dəhlizi yaradılmasına dair layihələri həyata keçirməyə başlamışıq və mən bilirəm ki, Azərbaycanda da buna oxşar tikinti işləri aparılır. Buna görə də biz rəqabət haqqında deyil, qüvvələrimizi birləşdirmək barədə danışırıq. Bu, regionun bütün ölkələri üçün real iqtisadi səmərə vəd edir və əlbəttə, yük və sərnişin daşımalarının artmasına şərait yaradacaqdır.

Ticarət-iqtisadi əlaqələrin inkişafı məsələsinə gəldikdə, burada da, bizim bir-birimizə təkliflərimiz var. Çox böyük iqtisadi resurs potensialına malik olan bu iki ölkənin coğrafi yaxınlığını nəzərə alsaq, ticarətin inkişafı üçün çox gözəl perspektiv imkanlar var. Məsələn, Türkmənistan hazırda ən müasir avadanlıqla təchiz olunmuş müəssisələrdə istehsal edilən və dünya bazarında yüksək qiymətləndirilən toxuculuq, kimya sənayesi və digər məhsullarını Azərbaycana satmağa hazırdır.

Əlbəttə, görüşlərin gedişində biz Xəzər mövzusuna xüsusi diqqət yetirdik, Xəzər dənizinin hüquqi statusu barədə beş sahilyanı dövlətin hamısının mövqelərini razılaşdırmağa dair konstruktiv danışıqları davam etdirməyin vacibliyi barədə vahid fikrə gəldik. Bu məsələnin həlli Xəzər dənizini sülh, mehriban qonşuluq, sabitlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq zonasına çevirməyin zəruri olmasının dərk edilməsinə əsaslanır. Bununla əlaqədar qeyd etmək istərdim ki, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması və imzalanması Xəzəryanı dövlətlərin hamısının birinci dərəcəli və təxirəsalınmaz vəzifəsidir. Bu məsələdə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun fəaliyyəti çox əhəmiyyətlidir. Biz belə hesab edirik ki, Xəzər dənizinin statusunun tezliklə müəyyən edilməsi onun karbohidrogen və bioloji resurslarının effektiv və səmərəli mənimsənilməsi, Xəzər hövzəsinin nadir ekoloji sisteminin qorunub saxlanması, eləcə də Xəzərdə fəal beynəlxalq əməkdaşlıq üçün əlverişli şərait yaratmağa imkan verəcəkdir.

Bu gün imzalanmış ikitərəfli sənədlər paketi də bir-birimizin mənafelərinə hörmət etməklə, əməkdaşlıq üşün çox böyük imkanlar olmasını nəzərə almaqla düzgün yolla getdiyimizi göstərir. Əlbəttə, bunu qeyd etmək mənə xoşdur ki, sülh və dostluq dənizi ilə birləşən xalqlarımızı bir-birinə bağlayan tarixi və mədəni tellər humanitar əməkdaşlığın daha da inkişaf etməsi üçün etibarlı platforma yaradır. Başlanğıcı əsrlərin və minilliklərin dərinliklərindən gələn bu ənənəvi əlaqələrimizi möhkəmlətmək zərurəti fikri bu gün yeni qüvvə ilə səsləndi. Başlıcası odur ki, xoş niyyətlə birləşən xalqlarımız bu dialoqu genişləndirməyə və möhkəmlətməyə çalışır.

Böyük türkmən alimlərinin, keçmiş mütəffəkirlərin və tarixi şəxsiyyətlərin həyat və yaradıcılığına həsr edilmiş mötəbər beynəlxalq konfranslarda və forumlarda Azərbaycanın elm və mədəniyyət xadimlərinin fəal iştirak etməsi buna sübutdur. Biz yaxşı başa düşürük ki, qabaqcıl elmi təfəkkürün nailiyyətlərinin və yüksək texnologiyaların tətbiqi cəmiyyətin sosial-iqtisadi inkişafının baza prinsipidir. Bununla əlaqədar, biz bu gün daha çox tələbat olan elmi əlaqələrin bərpasını alqışlayırıq. Biz mövcud potensialları birləşdirə bilərik və buna hazırıq. Ona görə də humanitar sahədə əməkdaşlıq haqqında ikitərəfli sazişin hazırlanmasını və gələcəkdə imzalanmasını məqsədəuyğun sayırıq.

Beləliklə, gördüyünüz kimi, danışıqların gündəliyi kifayət qədər geniş olmuşdur və əminəm ki, əldə etdiyimiz razılaşmalar dövlətlərarası dialoqu yeni səviyyəyə çatdıracaq, ona yeni dinamika və yeni keyfiyyət bəxş edəcəkdir. Biz Türkmənistan-Azərbaycan qarşılıqlı əlaqələrinin ən mühüm və aktual məsələlərini müzakirə etdik, onların strateji istiqamətlərini müəyyənləşdirdik və əminəm ki, gələcəkdə sıx ünsiyyətdə işləyəcək, çoxəsrlik dostluq və qardaşlıq tellərini daha da möhkəmlədəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub