TURNİRDƏ ON ÜÇ KOMANDA MÜBARİZƏ APARACAQ
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevın doğum günü münasibətilə Bayıl qəsəbəsi üzrə məhəllələrarası futzal birinciliyinə start vermişdir.
Açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov, AFFA-nın baş katibi Elxan Məmmədov və başqaları Milli Qəhrəmanın mənalı ömür yolundan söz açmış, qorxmaz jurnalist kimi döyüşlərdə özünün əsas silahı - kamerası ilə göstərdiyi şücaətdən danışmışlar.
Natiqlər bildirmişlər ki, mini futbol turnirinin keçirilməsindən məqsəd Çingiz Mustafayevin Azərbaycan torpağına olan sonsuz sevgisini, düşmənə qarşı sonsuz nifrətini yeniyetmə və gənclər arasında təbliğ etmək, onlarda vətənpərvərlik ruhunu yüksəltməkdən ibarətdir.
Səbail rayonundakı 91 nömrəli orta məktəbin idman meydançasında keçiriləcək turnir iki yarımqrupda 1988-1992 və1993-1996-cı il təvəllüdlü futbolçular arasında, dairəvi sistem üzrə, 13 komandanın iştirakı ilə keçirilir.
Avqustun 29-da yekunlaşacaq yarışlarda qalib komandalara kubok, diplom və xatirə hədiyyələri təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]