U-17 Azərbaycan çempionatında sərbəst güləş yarışlarına yekun vurulub
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də U-17 Azərbaycan çempionatında sərbəst güləş yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, FHN İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın ikinci günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Vasif Bağırov (48 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq), Şəmistan Axundov (80 kq) və Azay İsmayılov (110 kq) qızıl medal qazanıblar.
Aprelin 21-də yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.