U-17 Liqasının qalibləri mükafatlandırılıb
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də AFFA-nın inzibati binasında futbol üzrə U-17 Liqasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, “Sabah”dan Vüsal Qəmbərov ən yaxşı oyunçu, “Qarabağ”dan Qurban Məhərrəmov isə ən yaxşı qapıçı seçilib. Rəqib qapılarından 19 top keçirmiş “Neftçi”nin hücumçusu Emil Quluzadə isə liqanın bombardiri olub.
“Neftçi” və “Qəbələ” müvafiq olaraq bürünc və gümüş medallarla təltif olunub. 2018-2019-cu il mövsümünün qalibi “Sabah” komandasına isə qızıl medallar və kubok təqdim edilib.
Mükafatları ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov və uşaq və gənclər liqaları üzrə yarışların təşkili şöbəsinin rəhbəri Yusif Vəliyev veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]