UCARDA 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ KÜTLƏVİ TƏDBİRLƏRLƏ QEYD EDİLMİŞDİR
Ucar, 21 yanvar (AZƏRTAC). Qanli Yanvar faciəsinin 20-ci ildönümü rayon ictimaiyyəti tərəfindən dərin ehtiramla yad edilmişdir.
Rayon mədəniyyət evində keçirilmiş tədbirdə icra hakimiyyətinin başçısı Arzu Qafurov, şəhid ailəsinin üzvü Radə Kazımova, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon təşkilatının sədri Rahib Rəsulov çıxış etmişlər. Natiqlər dinc, əliyalın insanlara qarşı törədilən ağlasığmaz vəhşilikləri, bu qanlı aksiyanı Azərbaycanın azadlığı və müstəqilliyinə qəsd kimi dəyərləndirmişlər. Yalnız xalqımızın qəhrəman oğlu, ulu öndər Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildiyi diqqətə çatdırılmışdır.
Mərasimdə faciədən bəhs edən sənədli film, həmçinin “Şəhidlər unudulmur” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Yanvarın 20-də ictimaiyyətin 2 min nəfərdən çox nümayəndəsi şəhidlər xiyabanına gələrək Azadlıq abidəsi önünə əklil və çiçəklər qoymuş, şəhid məzarlarını ziyarət etmişlər.
Qeyd edək ki, təkcə Qarabağ müharibəsində 153 nəfər ucarlı şəhidlik zirvəsinə ucalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]