Üç ildən sonra Moskvadan ilk birbaşa reys Havanaya çatıb
Bakı, 25 dekabr, AZƏRTAC
“Rossiya Hava Yolları”nın (Aeroflot qrupuna daxil olan) təyyarəsi bazar günü günortadan sonra beynəlxalq hava limanında eniş edib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu, Rusiya və Kuba paytaxtları arasında 2020-ci ildən, koronavirus pandemiyasından sonra ilk birbaşa reysdir. Təyyarənin göyərtəsində 300-dən çox sərnişin olub. Terminalda onları bir qrup kubalı musiqiçi qarşılayıb.
Aviaşirkətin cədvəlinə əsasən, uçuşlar çərşənbə və bazar günləri yerinə yetiriləcək. Artan tələblə əlaqədar olaraq dekabrın 30-da marşrut üzrə əlavə reys planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]