İQTİSADİYYAT
Üç kənddə 350-dən çox evə təbii qaz verilib
Bakı, 21 may, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi respublikanın yaşayış məntəqələrinə istehlakçıların təbii qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində 2021-ci ildə də genişmiqyaslı işləri davam etdirir.
Birlikdən AZƏRTAC-a bildirilib ki, Salyan rayonunun Cəngan və Beştalı kəndlərinin qazlaşdırılması işləri tamamlanıb. Cəngan kəndində 80 fərdi yaşayış evinin qazlaşdırılması üçün müxtəlif diametrli 6263 metr uzunluğunda polad və uzunluğu 253 metr olan polietilen borular vasitəsilə qaz xətləri çəkilib. Beştalı kəndində yerləşən 178 fərdi yaşayış evinin qazlaşdırılması üçün isə müxtəlif diametrli 14 min 80 metr uzunluğunda polad, 1885 metr polietilen borulardan istifadə edilib. Neftçala rayonunun 95 fərdi yaşayış evi olan Pirəbbə kəndinin də qazlaşdırılması işləri yekunlaşıb. Kəndin mavi yanacaqla təmin edilməsi üçün 9 669 metr uzunluğunda müxtəlif diametrli polad borulardan istifadə edilib.
Qeyd edək ki, hər bir fərdi yaşayış evinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]