UEFA AFFA-NIN TƏŞKİLATÇILIĞI İLƏ KEÇİRİLMİŞ TURNİRİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, UEFA-nın aylıq jurnalında bu ilin sentyabrında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə əlillərdən ibarət komandalar arasında keçirilmiş turnir barədə məqalə dərc edilmişdir.
Məqalədə qeyd edilir ki, AFFA ölkədə futbolun kütləviliyi, dünyanın bir nömrəli idman növü sayılan bu oyunun cəmiyyətin bütün təbəqələrini əhatə etməsi üçün müxtəlif turnirlər təşkil edir. AFFA futbolun qeyri-ənənəvi növlərinin inkişafı üçün də səylərini əsirgəmir və bu məqsədlə mütəmadi olaraq yarışlar keçirir.
Yazıda Azərbaycan Texniki Universitetinin idman zalında əlil futbolçulardan ibarət komandalar arasında AFFA tərəfindən təşkil olunan “Payız turniri”nin yüksək səviyyədə keçirildiyi xüsusi qeyd edilmişdir. Vurğulanmışdır ki, yarışın açılış mərasimində çıxış edən natiqlər “Payız turniri”nin təkcə idman yarışı kimi deyil, həm də əlillərin özlərini cəmiyyətin tamhüquqlu üzvləri kimi hiss etmələrinə şərait yaratmaq baxımından da çox əhəmiyyətlidir.
Məqalədə iştirakçı komandaların üzvlərinə AFFA tərəfindən futbol geyim dəstlərinin verilməsi, bütün oyunlarda ədalət prinsiplərinə nəzarəti bu qurum tərəfindən təyin olunmuş hakimlərin həyata keçirmələri də öz əksini tapmışdır.
Həmin yarış noyabrın 9-da Bolqarıstanda start götürəcək əlil futbolçulardan ibarət komandalar arasında dünya çempionatına hazırlıq məqsədi daşımışdır.
AFFA gələcəkdə də oxşar turnirlərin mütəmadi şəkildə keçirilməsini planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]