UEFA Avropa Liqası: “Arsenal” - “Qarabağ” oyunu başlayıb
Bakı, 14 dekabr, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunda səfərdə “Arsenal” ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Vagner, Maksim Medvedev, Simon Slavçev, Miçel, Mahir Mədətov, Rəşad Sadıgov (k), Abdulah Zubir, Yakub Jerniçak, Bədəvi Hüseynov və Donald Gerye yer alıblar.
"Arsenal” klubunun ilk onbirliyində isə meydana Martines, Elneni, Sokratis Papastathopoulos, Kesyelini, Lakazet, Məsut Özil, Meytlend-Nayls, Jenkinson, Nketia, Saka və Uilkok çıxıblar.
“Emireyts” stadionunda baş tutan görüşü idarə edilməsi danimarkalı hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi Yens Moedirdi. Lars Hummelqorl və Heyne Serensen yan xətt hakimi funksiyalarını yerinə yetirirlər.
Beş turdan sonra E qrupuna 13 xalla “Arsenal” klubu başçılıq edir. Aktivində 10 xal olan Portuqaliyanın “Sportinq” klubu ikinci, hərəyə 3 xalı olan “Vorskla” (Ukrayna) və “Qarabağ” üçüncü və dördüncü yerləri bölüşürlər.
“E” qrupunun digər oyunu Portuqaliyada oynanılacaq. “Sportinq” klubu Ukraynanın “Vorskla” komandasını qəbul edir.
Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]
“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib
- 16.06.2026 [07:25]