UEFA Avropa Liqası: “Qarabağ” hesab arasındakı fərqi artırıb
Bakı, 15 sentyabr, AZƏRTAC
“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Nant”a qarşı keçirilən matçda ikinci qolunu vurub.
AZƏRTAC xəbər verir ki, oyunun 65-ci dəqiqəsində Abdullah Zubir fərqlənib - 2:0.
Qarşılaşmada ilk qolu “Qarabağ”ın hücumçusu Kvabena Ovusu vurub.
G qrupunun digər matçında Yunanıstanın “Olimpiakos” klubu “Frayburq”u (Almaniya) qəbul edir. Hazırda Almaniya klubu 3:0 hesabı ilə öndədir.
Qeyd edək ki, “Nant” ilk turda “Olimpiakos”u məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.