UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyunu Qazaxıstanda “Astana” klubu ilə Çexiyanın “Slavia” komandası arasında olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Avroliqada çıxış edən Türkiyə təmsilçiləri isə Portuqaliya klubları ilə qarşılaşıblar. “Konyaspor” doğma meydanda “Gimarayş” klubunu 2:1 hesabı ilə məğlub edib, “Başakşəhər” isə səfərdə “Braqa”ya uduzub - 1:2. Turun sürpriz nəticəsi isə İspaniyada qeydə alınıb. Bilbaonun “Atletik” klubu öz meydanında Ukrayna təmsilçisi “Zorya”ya məğlub olub - 0:1.
Digər görüşlər isə aşağıdakı kimi nəticələnib:
“A” qrupu
“Makkabi” (Təl-Əviv, İsrail) - “Vilyarreal” (İspaniya) - 0:0
“B” qrupu
“Partizan” (Serbiya) - “Dinamo” (Kiyev, Ukrayna) - 2:3
“Skenderbeu” (Albaniya) - “Yanq Boyz” (İsveçrə) - 1:1
“C” qrupu
“Lüdoqorets” (Bolqarıstan) - “Hoffenhaym” (Almaniya) - 2:1
“D” qrupu
AEK (Yunanıstan) - “Austria” (Avstriya) - 2:2
“Milan” (İtaliya) - “Riyeka” (Xorvatiya) - 3:2
“E” qrupu
“Everton” (İngiltərə) - “Apollon” (Kipr) - 2:2
“Lion” (Fransa) - “Atalanta” (İtaliya) - 1:1
“F” qrupu
“Lokomotiv” (Rusiya) - “Zlin” (Çexiya) - 3:0
“Şerif” (Moldova) - “Kopenhagen” (Danimarka) - 0:0
“G” qrupu
“Viktoriya” (Çexiya) - “Hapoel” (İsrail) - 3:1
“Luqano” (İsveçrə) - “Styaua” (Rumıniya) - 1:2
“H” qrupu
“Köln” (Almaniya) - “Srvena Zvezda” (Serbiya) - 0:1
“BATE” (Belarus) - “Arsenal” (İngiltərə) - 2 :4
“İ” qrupu
“Zalsburq” (Avstriya) - “Marsel” (Fransa) - 1 :0
“J” qrupu
“Ostersun” (İsveç) - “Herta” (Almaniya) - 1:0
“K” qrupu
“Latsio” (İtaliya) - “Sulte Varegem” (Belçika) - 2:0
“Nitsa” (Fransa) - “Vitess” (Hollandiya) - 3:0
“L” qrupu
“Rusenborq” (Norveç) - “Vardar” (Makedoniya) - 3:1
“Zenit” (Rusiya) - “Real Sosyedad” (İspaniya) - 3:1