UEFA Çempionlar Liqası: “Barselona”, PSJ və “Arsenal”dan böyükhesablı qələbə
Bakı, 22 oktyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib.
“Barselona” İspaniyada Yunanıstanın “Olimpiakos” klubunu darmadağın edib – 6:1. “Arsenal” İngiltərədə İspaniyanın “Atletiko” komandasına, İtaliya “İnter”i Belçikada “Union”a 4 cavabsız qol vurub.
Gecənin ən böyükhesablı nəticəsi Almaniyada qeydə alınıb. Fransa nəhəngi PSJ “Bayer”ə 7:2 hesabı ilə qalib gəlib. PSV Niderlandda “Napoli”nin qapısından 6 top keçirib. İngiltərənin “Mançester Siti” komandası isə İspaniyada “Vilyarreal”ı üstələyib – 2:0.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
20:45. “Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan) - 6:1
20:45. “Kayrat” (Qazaxıstan) - “Pafos” (Kipr) - 0:0
23:00. “Bayer” (Almaniya) - PSJ (Fransa) - 2:7
23:00. “Arsenal” (İngiltərə) - “Atletiko” (İspaniya) - 4:0
23:00. “Kopenhagen” (Danimarka) - “Borussiya” (Dortmund, Almaniya) - 2:4
23:00. “Nyukasl” (İngiltərə) - “Benfika” (Portuqaliya) - 3:0
23:00. “Vilyarreal” (İspaniya) - “Mançester Siti” (İngiltərə) - 0:2
23:00. PSV (Niderland) - “Napoli” (İtaliya) - 6:2
23:00. “Union” (Belçika) - “İnter” (İtaliya) - 0:4