UEFA-nın məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş məşqçilərə diplomlar təqdim olunub
Bakı, 1 avqust, AZƏRTAC
Məşqçilərə diplom təqdim olunub.
Bu barədə AZƏRTAC-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 1-də AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib. Diplomları AFFA-nın Texniki direktor Cahangir Həsənzadə və Təhsil proqramının rəhbəri Aslan Kərimov təqdim ediblər.