UEFA prezidenti Kriştianu Ronalduya xüsusi mükafat təqdim edəcək
Bakı, 27 avqust, AZƏRTAC
UEFA Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldunu mükafatlandıracaq.
AZƏRTAC Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu Çempionlar Liqasında bütün zamanların ən sərrast oyunçusu üçün hazırlanmış xüsusi hədiyyəyə layiq görülüb.
Təcrübəli forvarda mükafatı avqustun 29-da qitənin 1 nömrəli klub turnirinin 2024/2025-ci illər mövsümünün əsas - liqa mərhələsinin püşkatma mərasimində UEFA prezidenti Aleksander Çeferin təqdim edəcək. Tədbir Monako şəhərində təşkil olunacaq.
Qeyd edək ki, Kriştianu Ronaldu Çempionlar Liqasında meydana çıxdığı 183 oyunda 140 qol vurub. O, 7 fərqli mövsümdə (2007/08, 2012/13, 2013/14, 2014/15*, 2015/16, 2016/17, 2017/18) turnirin bombardiri olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]