UEFA tərəfindən ayrılmış vəsait klubların hesabına köçürülüb
Bakı, 13 dekabr, AZƏRTAC
UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, “Avro-2016”nın seçmə və final mərhələsində milli komandada futbolçusunun iştirakına, maliyyə “fair play”i, uşaq futboluna görə bölgü aparılmış və maliyyə vəsaiti müvafiq qaydada on klubun (AZAL, “Xəzər-Lənkəran”, “İnter”, “Kəpəz”, “Neftçi”, “Qarabağ”, “Qəbələ”, “Sumqayıt”, “Zirə”, “Rəvan”) hesabına daxil edilib.
“Kəpəz” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.
“Xəzər-Lənkəran” klubunun AFFA, PFL, FIFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğu üçün UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcək, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq müraciət ünvanlanacaq. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]