UFC prezidenti: Mask-Zukerberq döyüşü 1 milyard dollar qazanc gətirə bilər
Bakı, 24 iyun, AZƏRTAC
İlon Mask və Mark Zukerberq arasında döyüşdən əldə ediləcək gəlir 1 milyard dollar həcmində qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bunu UFC prezidenti (Amerikanın qarışıq döyüş sənətləri - MMA) Dana Uayt “TMZ Sports”a müsahibəsində bildirib.
Uayt hər iki milyarderlə sosial mediada mübahisə etdikdən sonra danışdığını və qarşıdan gələn döyüşlə bağlı “tamamilə ciddi” olduqlarını söyləyib. O qeyd edib ki, artıq döyüşün keçirilməsi üçün hazırlıqlara başlayıb. İnanır ki, bu, “dünya tarixində ən böyük döyüş, indiyə qədər keçirilən döyüşlərin ən möhtəşəmi” olacaq.
Onun fikrincə, iki milyarder arasında döyüşün ödənişli olması bütün rekordları qıracaq. UFC-də döyüşə baxmaq üçün sadə biletə 80 dollar ödəmək lazımdır. Lakin UFC prezidenti Mask-Zukerberq döyüşü üçün bunun 100 dollara qaldırılacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]