Ukrayna Ali Radasının deputatı: Ukrayna beynəlxalq arenada Azərbaycanı və Türkiyəni həmişə dəstəkləyib
Kiyev, 23 sentyabr, AZƏRTAC
Türkiyə və Azərbaycan iqtisadiyyat sahəsində bizim strateji tərəfdaşlarımızdır. Bizim Prezident ölkənin milli təhlükəsizlik strategiyasını indi artıq rəsmi surətdə bəyənib.
Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Deputat qeyd edib ki, Ukrayna həmişə sülhə tərəfdar olub, ukraynalıların təhlükəsizliyi isə ölkəmiz üçün ali sosial dəyərdir. Yeni milli təhlükəsizlik strategiyası ölkələrimizi daha sıx birləşdirəcək, çünki bu strategiyanın əsasını təşkil edən prinsipləri müttəfiqlərimiz də dəstəkləyirlər. Söhbət ölkənin müdafiə qabiliyyətinin davamlı inkişafı, öz vətəndaşlarının mənafelərini müdafiə etmək məqsədilə beynəlxalq qurumlar və ölkələrlə fəal tərəfdaşlıq prinsiplərindən gedir.
Lyudmila Marçenko daha sonra deyib: “Ukrayna beynəlxalq arenada Azərbaycanı və Türkiyəni həmişə dəstəkləyib və milli təhlükəsizlik strategiyası möhkəm, etibarlı əməkdaşlığı dəstəkləyən daha bir tərkib hissəsidir”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]