UKRAYNA ALİMLƏRİ XƏRÇƏNG XƏSTƏLİYİNƏ QARŞI VAKSİN HAZIRLAMIŞLAR
Tibb elmləri namizədi Qriqori Potebnyanın sözlərinə görə, əvvəlcə kartof çöpünün təsiri ilə məhv olan xərçəng hüceyrəsinə bənzər mikrob tapılmışdır. Alimlər xəstənin özünün xəstə hüceyrələrindən və kartof çöpündən hazırlanmış vaksinin köməyi ilə bədxassəli şişlərin məhv edilməsi metodikasını hazırlamışlar. 5 iynədən ibarət tam kurs yarım il ərzində xəstənin ömrünü xeyli uzatmağa imkan verir.
Ukrayna üsulu xərçəng əleyhinə antigenin modelləşdirilməsinə əsaslanan Qərb üsullarından daha təsirli və ucuzdur. Antigenlər xəstəliyi ilkin mərhələdə aradan qaldırırsa, Ukrayna alimlərinin yaratdıqları vaksin xəstəliyin üçüncü mərhələsinin müalicəsi zamanı yaxşı nəticələr verir. Hazırda alimlər müalicədə vaksinin kimyəvi terapiya və rentgenoterapiya ilə qarşılıqlı təsirini öyrənirlər. Onlar şişə qarşı vaksinin ölkənin klinikalarında geniş tətbiq edilməsi məqsədi ilə onun istehsalına bu ilin sonunadək başlamağı nəzərdə tuturlar.