Ukrayna cüdoçusu Daria Bilodid "Bakı-2018"in ilk qalibi olub YENİLƏNİB
Bakı, 20 sentyabr, AZƏRTAC
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ilk qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında 48 kiloqram çəki dərəcəsində final görüşündə Yaponiya təmsilçisi Funa Tonakini məğlub edən ukraynalı Daria Bilodid dünya çempionatının ilk qalibi olub.
16:46
Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının ilk finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında 48 kiloqram çəki dərəcəsində final görüşündə Yaponiya təmsilçisi Funa Tonaki və ukraynalı Daria Bilodid üz-üzə gələcəklər.