Ukrayna İnformasiya Agentliyinin – Ukrinform-un baş direktoru
Aleksandr Xarçenko
-Hörmətli cənab Aslanov və AZƏRTAC-dan olan həmkarlar!
Ukrayna İnformasiya Agentliyi - Ukrinform adından kollektivinizi agentliyin 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. İki il əvvəl özünün 100 illik yubileyini qeyd etmiş Ukrinform başqalarından daha yaxşı bilir ki, belə bir yubileyin arxasında çox mühüm tarixi hadisələr dayanır.
Çox vacib məqamdır ki, həm sizin agentlik, həm də bizim agentlik Sovet İttifaqının yaranmasından əvvəl təsis edilmişik. AZƏRTAC Azərbaycan Xalq Cümhuriyyəti dövründə, Ukrinform isə Ukrayna Xalq Respublikası ilə birlikdə yaranıb. Bu fakt sizin və bizim üzərimizə çox böyük vəzifələr qoyur. Biz uzun illər boyu əməkdaşlıq etmişik. Qarşıda isə bizi və sizi informasiya sahəsində, məsələn, saxta xəbərlərin yayılması kimi ümumi problemlər gözləyir.
Siz və biz əsrlik brendimizi qiymətləndirərək, başqalarından daha yaxşı bilirik ki, bunlar çox ciddi təhdidlərdir və böyük yaradıcı iş tələb edir. Arzu edirəm ki, Agentliyinizin fəaliyyətində yeni əsrə keçid işinizin daha da yüksək səviyyəsi və miqyası ilə əlamətdar olsun. Sizə yeni sanballı layihələr arzu edirəm, AZƏRTAC!